22 May 2017 14:41
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Nardaran sakini Əli Nurməmmədov ifadə verib.

O, Taleh Bağırovu məclislərdən tanıdığını deyib. Daha sonra onun istintaqa ifadəsi elan edilib. Həmin ifadədə şahid Taleh Bağırovun dövlətçilik əleyhinə çıxışlar etdiyini bildirib. Həmin ifadədən imtina edən Əli Nurməmmədov ifadəni tam oxumadan imzaladığını deyib.

Digər şahid Nardaran sakini Mövsüm Beytullayev bildirib ki, istintaq dövründə təzyiqə məruz qalıb və ifadəni onun əvəzindən polis əməkdaşları imzalayıblar.

Proses iyunun 5-də davam edəcək.


Müəllif: Hacı Zeynalov