16 İyul 2014 21:25
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 6 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Fərman Abdullayev “VAZ 2107” markalı avtomobillə prospektlə hərəkətdə olarkən, qəfildən yola qaçan 2008-ci il təvəllüdlü Şəmil Rəşad oğlu Həsənovu vurub.

Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.

/apa/


Müəllif: