23 May 2017 09:56
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Elxan Ağayev mübahisə zəminində 1951-ci il təvəllüdlü tanışı Baləhməd Baləhmədovu bıçaqlayaraq öldürüb.

İstintaqa ifadə verən Elxan Ağayev cinayəti qisas məqsədilə törətdiyini bildirib. Onun ifadəsinə görə, bu hadisədən bir ay əvvəl Baləhməd Baləhmədov tərəfindən bıçaqlanıb. Amma bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Xəstəxanada müalicə aldıqdan sonra evinə qayıdan Elxan Ağayev Baləhməd Baləhmədovu öldürmək qərarına gəlib.

Bu məqsədlə o, mayın 22-də Baləhməd Baləhmədovla rastlaşıb. Mübahisə baş verib ə mübahisə sonda qanlı olayla nəticələnib.

Cinayəti törədən Elxan Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov