23 May 2017 12:18
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə a rayonun Bizlan kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü rayon sakini Hacı Nağıyev 1992-ci il təvəllüdlü Bizlan kənd sakini Elçin Qədirovla dava edib.

Dava zamanı Hacı Nağıyev Elçin Qədirovu bıçaqlayıb. Elçin Qədirov rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs əvvəllər tanış olublar. Onlar arasında dava pul borcu üstündə baş verib.

Cinayəti törədən Hacı Nağıyev həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov