17 İyul 2014 10:02
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində dəniz çimərliyində faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Prokurorluğundan bildirilib.

Məlumata görə, dünən axşam saatlarında 14 yaşlı Balaxan Gülməmmədov dostları ilə birlikdə dənizdə çimməyə gediblər. Dənizdə çimərkən Balaxan Gülməmmədov boğulma təhlükəsi ilə üzləşib. Onu dostları xilas etməyə çalışsa da, onun həyatını xilas edə bilməyiblər. 14 yaşlı yeniyetmə dənizdə boğulub.

Balaxan Gülməmmədov musiqi təmayüllü internat məktəbinin şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: