23 May 2017 16:18
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal avtoritet Valid Luraxmayev (Validol) Türkiyədə azadlığa buraxılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun azadlığa buraxılmasına səbəb kimi lazımi sübutların olmaması göstərilib.

Məlumatlara görə, Luraxmayev İstanbulda Abdulvahid Edilqeriyevin qətlində ittiham olunurdu.

Bundan başqa, bildirilib ki, "qanuni oğru" Avropada bir çox silsilə qətllərdə ittiham olunaraq, beynəlxalq axtarışa verilib.

Validol azadlığa çıxdıqdan dərhal sonra Türkiyəni tərk edib.


Müəllif: Samir