24 May 2017 09:59
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Yaşar Kərimov rayon ərazisindəki parklardan birində bıçaqlanıb. Yaşar Kərimov ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Yaşar Kərimov tanışı ilə mübahisə edib və onların mübahisəsi sonda qanlı olayla nəticələnib.

Hazırda Yaşar Kərimovu bıçaqlayan şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov