24 May 2017 12:16
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Səkinə Zamanova ibtidai istintaq zamanı barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Prokuror təqsirləndirilən şəxs barəsində qətimkan ətədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə baxışı mayın 31-ə təyin edilib.

İttihama görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanova saxlanılıb və onun barəsində cinayət işi başlanıb.

O, ölkə vətəndaşları olan qadınları Türkiyənin Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, bu yolla pul qazanıb.

Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov