17 İyul 2014 11:31
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sverdlovsk vilayətində seksual manyak həbs edilib.


Sverdlovsk vilayət sakini, 33 yaşlı şəxs 5 yaşlı qız uşağının qətlində şübhəli bilinir.

Cinayət işinin materiallarına əsasən, bir neçə gün əvvəl Drujinino qəsəbəsində tüfeyli həyat tərzi keçirən Mixail Staxeyev velosiped sürən 5 yaşlı qız uşağını aldadaraq öz evinə dəvət edib.

O, evdə uşağı zorlayıb. Cinayətin izini itirmək istəyən Staxeyev qızcığazı boğaraq öldürüb və onun paltarlarını yandırıb. Meyiti və velosipedi evin zirzəmisində gizlədib. Sonra isə zirzəmini su ilə doldurub.

Yerli polis cinayətin üstünü isti izlərlə aça bilib.

/publika.az/


Müəllif: