17 İyul 2014 12:13

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Bartında baş verən hadisə zamanı 19 yaşlı Ramazan adlı şəxs 28 yaşındakı qardaşı Aydını öldürüb. Qətlin törədilməsinə səbəb Ramazanın qardaşından tez evlənmək istəyi olub. Böyük qardaşın kəskin etirazı sonda onun ölümü ilə nəticələnib. Cinayətkar ov tüfəngi ilə vurduğu qardaşını izi itirmək üçün meşədə basdırıb.

Bundan sonra qaçırdığı sevgilisi ilə nikaha girib. Böyük qardaşının harada olduğunu soruşan ailəsi və dostlarının təzyiqlərinə dözə bilməyən Ramazan hadisədən 4 gün sonra cinayəti etiraf etməli olub.

Cinayətkar polislər tərəfindən saxlanılıb və qardaşının cəsədi isə basdırıldığı yerdən çıxarılaraq morqa aparılıb.

/ans press/


Müəllif: