26 May 2017 15:27
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi “NazLifan” markalı avtomobilə sərnişin qismində oturub.

O, Əmircan qəsəbəsinə gedəcəyini bildirib. Qəsəbə ərazisində həmin şəxs sürücünü bıçaqla hədələyib, ondan 53 manat pul alaraq hadisə yerini tərk edib.

Qabil Rəhimov quldurluqla üzləşməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat verib.

Polis əməkdaşları tərəfindən başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.


Müəllif: Hacı Zeynalov