26 May 2017 19:57
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilində silah-sursat olması barədə Qax rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilib.


Müəllif: Hacı Zeynalov