26 May 2017 17:06
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63,410 qram narkotik vasitə - heroin və 47,230 qram psixotrop maddə - metamfetamin aşkar edilib.


Müəllif: Şəfiqə Nazimqızı