17 İyul 2014 12:28
792

Bakının Nəsimi rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 14-də Ceyhun Verdiyevə məxsus H.Əliyev küçəsində yerləşən mağazadan 140 manat oğurlayan Masallı rayon sakini 1983-cü il təvəllüdlü Nicad Fərzəliyev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi və Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, martın 31-də H.Əliyev küçəsindəki mağazadan Asim Haqverdiyevə məxsus mobil telefonu, aprelin 30-da 86 saylı xətt avtobusunda Malvina Bağırovanın əl çantasından 450 manat, mayın 20-də Sevda Qasımovaya məxsus mağazadan içində pul, şəxsiyyət vəsiqəsi, data card, metro kartı olan çantası, iyulun 5-də Cavadxan küçəsindəki mağazadan Rumiyyə Gənciyevanın əl çantasında içində 200 manat, bankomat kartları olan pul kisəsi, iyulun 6-da eyni mağazadan Vüqar Nəbiyeva məxsus 700 manat və daha bir neçə vətəndaşa məxsus pul kisəsi və çanta oğurlayıb.

Hacı Zeynalov


Müəllif: