27 May 2017 12:13
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aksiz Baş Gömrük İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb.

Avtomobilə baxış keçirən gömrükçülər 22180 ədəd aksiz markasız xarici markalı siqaret aşkar edib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət