28 May 2017 16:03
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində bir qrup gənc arasında baş verən mübahisə sonda qanlı olayla nəticələnib. Nəticədə şəhər sakinləri Qurban Zülfüqarov və Elxan Rəsulov bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirlilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Kənan Adıyev və Nurəddin Əliyev tutulublar. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov