28 May 2017 15:33
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Gürcüstan vətəndaşı Orxan Yusubov quldurluqla üzləşməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edib. O bildirib ki, gecə saatlarında iki nəfər tanımadığı şəxs qarşısını kəsib və bıçaqla ona hədə-qorxu gələrək mobil telefonunu və pulunu əlindən alıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramin Süleymanov və Sumqayıt şəhər sakini Eldar Məmmədov tutulublar. Ramin Süleymanov və Eldar Məmmədovun dost olduqları bildirilir.

Onlar paytaxtda quldurluq hadisələri ilə məşğul olurmuşlar. Hər iki dostun başqa cinayətləri törətmələtəri araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov