28 May 2017 17:16
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rafiq İbrahimov həbs edilib. Ondan 20 kiloqram 150 qram marixuana götürülüb. Rafiq İbrahimovun əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov