28 May 2017 23:39
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Araz Yağlıvənd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb.

Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb. Yaralı xəstəxanaya gətirilib və ona tibbi yardım göstərilib.

Niyaməddin Hümbətov Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com