29 May 2017 19:53
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda gecə klublarından birində dava düşüb.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb.

İlkin tibbi yardım aldıqdan sonra o, xəsətəxanadan buraxılıb.

Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov