17 İyul 2014 13:35
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadıldı. Bu bardə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov məlumat verib.

Onun sözlərinə görə, hakim Müslüm Əliyevin sədrliyi ilə keçirilən iclasda Ş.Sultanovun həbs müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, bu il aprelin 23-də Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Vitse-admirala Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

/publika.az/


Müəllif: