30 May 2017 11:43
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Xudu Məmmədov küçəsində 1993-cü il təvəllüdlü Elvin Abdiyev naməlum şəraitdə bıçaqlanıb.

Elvin Abdiyev hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Elvin Abdiyevi kimin və hansı səbəbdən bıçaqladığı məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov