17 İyul 2014 14:50
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub”.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, bu ilin 6 ayında 14, iyul ayında daha 2 ananın ölümü baş verib: “Hadisələrin səbəbləri doğuşa yardım komissiyası və tibbi ekspertiza tərəfindən araşdırılır. Ölümlərin xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və səbəblərdən baş verməsi ilə bağlı yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir”.

/publika.az/


Müəllif: