17 İyul 2014 15:59
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu Sədi Əbilov polisə müqavimətə görə, Masallı rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs olunub.

Teleqraf.com musavat.com-a istinadən verdiyi məlumata görə, Sədi Əbilov rayon daxilində özünə məxsus "Niva" markalı maşından nömrəsiz və kustar üsulla hazırlanmış pərdə ilə istifadə edirmiş.

Bu zaman Masallı DYP-i əməkdaşları tərəfindən saxlanılan məmur oğlu bu dəfə də polisə tabe olmaq istəməyib. Polisə müqavimət göstərməyinə baxmayaraq, onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.

Rayon sakininin verdiyi məlumata görə, bu hadisə rayon ictimaiyyəti tərəfindən alqışla qarşılanıb. Çünki rayonda belə qudurğan məmur övladlarının zərərsizləşdirilməsi nadir hallardan biridir və bu da sakinlər tərəfindən müsbət hal kimi qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilovun belə bir hərəkət etməsinə səbəb atasının vəzifədə olmasıdır. Məlumat üçün bildirək ki, Sədi Əbilov bir müddət öncə Masallı rayon İşıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Və dövlət əmlakını küllü miqdarda mənimsədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Lakin tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra atasının vəzifədə olması Sədi Əbilovun həbs olunmasını mümkün etməyib. Masallı rayon Polis İdarəsindən məlumatı dəqiqləşdirmək mümkün olmadı.


Müəllif: