17 İyul 2014 19:55
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Basman Rayon Məhkəməsi erməni lobbisinin ən məşhur nümayəndələrindən olan Levon Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçib.

Bu gün məhkəmə istintaq tərəfinin vəsatətini təmin edərək L. Ayrapetyan barəsində sentyabrın 15-dək həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.


Qeyd edək ki, L. Ayrapetyan iyulun 15-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Monakodan Moskvaya gələrkən “Domodedovo” aeroportunda saxlanılıb. O, çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.


L. Ayrapetyan “Kinqiseppskaya” cinayətkar qruplaşması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Onun adını isə müstəntiqlərə hazırda ömürlük həbs cəzası çəkən sabiq senator İqor İzmestyev bildirib.


Onu da qeyd edək ki, L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.


O, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru kimi də tanınır.

/apa/


Müəllif: