18 İyul 2014 09:51
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar xidmət 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Yaşar Gülağa oğlu Alməmmədova tanışı Yadigar Vaqif oğlu Əhmədovun gətirdiyi ev ayaqqabısının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd sellofana bükülmüş xalis çəkisi 12,161 qram narkotik vasitə olan “tiryək” aşkar edilib.

Yaşar Alməmmədov Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: