24 Aprel 2014 13:09
1 363

Bakının Nizami rayonu ərazisində yerləşən “QUEST NET” şirkətinin vətəndaşlardan dələduzluq yolu ilə pul alması barədə polisə şikayət edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2012 və 2013-cü illər ərzində paytaxtın Nizami rayonu ərazisində yerləşən “QUEST NET” şirkətinin Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev, Asim, Qalıb, Elşən Xatirə və Leyla adlı işçilərinin dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhramanovdan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhramanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami rayon Polis İdarəsinə müraciət olunub.


Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: