18 İyul 2014 11:24
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda iki gün əvvəl həyat yoldaşını bıçaqlayan kişi tutulub.

Bu barədə Teleqraf.com-a Ucar rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Hacıqabul rayon sakini Qalib Heydərov ailə münaqişəsi zəminində həyat yoldaşı Elnarə Heydərovanı bıçaqlayıb.

Elnarə Heydərova ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

Qalib Heydərov hadisə yerindən qaçsa da, o, dünən polis əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin qadın xəstəxanada dünyasını dəyişdiyi üçün Qalib Heydərovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib.

İş üzrə istintaq gedir.

Hacı Zeynalov


Müəllif: