18 İyul 2014 11:40
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonu ərazisində kütləvi dava bıçaqlanma ilə nəticələnib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayon ərazisində, dəmiryolu yaxınlığında baş verib. Kütləvi dava nəticəsində Tərlan Xudaquliyev, Yalçın Xudaquliyev və Ayaz Abdullayev bıçaqlanıb.

Yaralılar Sabunçu şəhər Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin söyüş üstündə baş verdiyi bildirilir. Tərəflər arasında yaranan mübahisə sonda dava ilə nəticələnib. Dava zamanı bıçaqlanma hadisəsi baş verib. Hadisənin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: