14 İyun 16:45

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Samir Feyzullayev, Əlizamin Bayramovla Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Cəlilabad rayon polis şöbəsinin əməliyyat üzrə inspektoru Samir Feyzullayev paytaxtda yaxalanıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Samir Əliyevin üzərindən 1 kilo heroin aşkar edilib.

Əlizamin Bayramov və Samir Əliyev də eyni əmələ görə saxlanılıblar.


Müəllif: Teleqraf.com