14 İyun 17:13
479

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə partiya sədrinin 12 saylı müəssisədən üç il müddətinə həbsxana rejiminə keçirilməsindən ötrü rəisin təqdimatına baxılıb.

Məhkəmə rəisin təqdimatını təmin edib və Mövsüm Səmədovun 3 il müddətinə Qobustan həbsxanasına köçürülməsi barədə təqdimatı təmin edib.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 12 il həbs cəzası alıb.


Müəllif: Hacı Zeynalov