15 İyun 10:31
167

Qusar rayonunda polis serjantı bıçaqlanıb.

APA-nın məlumatına görə, Qusar rayon Polis Şöbəsinin Həzrə polis bölməsinin serjantı, 1981-ci il təvəllüdlü Qayıtmazov Həmidulla Müzafəddin oğlu yaşadığı Cibir kəndində həmkəndlisi, 1974-cü il təvəllüdlü Məcidov Zakir Mirzəbəy oğlunu bıçaqlayıb.

Polis əməkdaşı qarın boşluğunun kəsilmiş-cırılmış yarası, bağırsaqların eventrasiyası diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com