15 İyun 2017 11:19
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının əməkdaşları silah-sursat alveri ilə məşğul olan keçmiş məhkumu həbs edib.

Teleqraf.com xəbər verir ki, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Qazax rayon polis şöbəsinin əməkdaşları keçirib.

Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Şahməddin Mustafayev 1 ədəd “Naqan” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov