15 İyun 13:37

Hüquq-mühafizə orqanları narkotiklərlə bağlı paytaxtda və regionlarda növbəti əməliyyatlar keçirib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayonunda Bakı şəhər sakini Sergey Musayevdən 7 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini İntiqam Hətəmovdan 1 kiloqram 100 qram tiryək və 525 qram heroin tutulub.

Oxşar əməliyyatı Lənkəran polisi də keçirib. Şağlaküçə kənd sakini Zeytulla Nuriyevin evinin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 9 çətənə kolu aşkarlanıb.

Masallı rayon polis şöbəsinin əməliyyat tədbirləri nəticəsində Ərkivan qəsəbə sakini Valeh Tağıyevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 21 çətənə kolu tapılıb.

Bundan başqa, Qax rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlayir kəndi ərazisində 637 kiloqram olan 2000 ədəd, Yardımlı rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində ümumi çəkisi 5 ton 120 kiloqram olan 12370 ədəd, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə çayının sahilindəki sahədən ümumi çəkisi 1 ton 30 kiloqram olan 1438 ədəd, Cavadxan qəsəbəsi ərazisində isə ümumi çəkisi 988 kiloqram olan 1687 ədəd yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib.


Müəllif: Hacı Zeynalov