15 İyun 2017 17:24
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə "Zabitlər bağı"nda qeydə alınıb.

İki azyaşlı körpə uşağı ilə dincələn qadın soyğunçunun hücumuna məruz qalıb. Soyğunçu qadının körpə uşaqlarına başı qarışmasından istifadə edərək onun çantasından pulqabısını götürüb və aradan çıxmaq istəyib.
Bu zaman həmin şəxs polis əməkdaşı tərəfindən yaxalanıb və Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilib.

Əməliyyat tədbirləri ilə həmin şəxsin Bakı şəhər sakini Anton Çernov olduğu müəyyən edilib.
Anton Çernovun oğurladığı, içərisində 829 manat, bankomat kartları və sənədlər olan pulqabı zərərçəkmiş qadına qaytarılıb.

Araşdırmalar zamanı məlum olub ki, Anton Çernov Xətai rayonu ərazisində müvəqqəti yaşadığı mənzildən kirayə haqqını ödəmədən çıxıb. Onun hətta kirayə qaldığı evdən 2 kondisioner, paltaryuyan, soyuducu, kombi, soba, televizor və ev telefonunu oğurlaması da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov