Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi Bakı şəhər sakinləri Faiq Əliyev, Fuad Kazımov və Arif Əhmədovu saxlayıb.
Onlar iyunun 7-də Aleksandr Anfinogenova məxsus velosipedi oğurlamaqda şübhəli biliniblər.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların 2 evdən pul, mobil telefon və inşaat materialları oğurlamaları da müəyyən edilib.