16 İyun 2017 11:14
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

Orada iki nəfər şəxs 37 yaşlı Yeganə İsayevaya hücum çəkib. Onlar 37 yaşlı qadına zor tətbiq edərək, əlindəki pul kisəsini və qızıl boyunbağısını alıblar.

Məlumata görə, onların Yeganə İsayevanın əlindən aldıqları çantada cəmi 6 manat olub.

Yeganə İsayeva quldurluqla üzləşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edib.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İsrafil Hüseynov və Şəmkir rayon sakini Səidə Kərimova həbs edilib.

Saxlanılan şəxslər ifadələri zamanı qeyd edilən cinayəti törətdiklərini etiraf ediblər. Şübhəli şəxs qismində ifadə verən İsrafil Hüseynov bildirib ki, onlar hadisədən əvvəl qadını izləyiblər. Onun ifadəsinə görə, münasib bir yerdə Səidə zərərçəkmişə yaxınlaşıb və saatı soruşub.

Bu zaman İsrafil Hüseynov qadının əlində olan çantasını qaparaq qaçıb.

İsrafil Hüseynovla Səidə Kərimovanın sevgili kimi yaşadıqları bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov