Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Muğanbank ASC-nin xəzinədarı olmuş Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, Azad Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.