18 İyul 2014 13:03
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya şahzadəsi İrina Uoker və onun əri Uesli Uoker xoruz döyüşləri təşkil etdiklərinə görə həbs olunublar. Uokerlərin vətəndaşları olduqları ABŞ-ın qanunlarına görə, xoruz döyüşləri yasaqdır.

Alınan məlumata görə, ərlə arvad barəsində məhkəmənin qərarı oktyabrın 22-də açıqlanacaq. Onları şərti həbs və 200 min dollar cərimə gözləyir.

Polisdən verilən məlumata görə, Rumıniyanın sabiq kralı 1-ci Mixayın qızı Uesli Uoker 2013-cü il ərzində Oreqon ştatındakı rançonlarında xoruz döyüşləri təşkil ediblər.

"Onlar döyüşləri daha maraqlı etmək üçün xoruzların ayaqlarına bıçaqlar bağlamışdılar. Belə döyüşlərin hər günündən ərlə arvad 2 min dollar gəlir əldə ediblər. Onlar 10 döyüş təşkil ediblər və hər döyüşə 200 tamaşaçı cəlb olunub. Xoruz döyüşlərinə biletlər 20 dollardan satılıb", - polisin açıqlamasında deyilir.

Rumıniyanın sabiq kralı, 92 yaşlı 1-ci Mixay indi İsveçrədə yaşayır.

/millia.az/


Müəllif: