16 İyun 2017 16:21
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən Bayram Vəliyevin gəlmədiyi elan olunub.

Hakim bildirib ki, Bayram Vəliyevin müalicə müəssisəsində saxlanılır. Təqsirləndirilən şəxsin şəkəri qalxdığı üçün müalicə müəssisəsindən məhkəməyə gətirilməsi mümkün olmayıb.

Hakim əlavə edib ki, təqsirləndirilən şəxslərdən biri iclasda iştirak etmədiyi halda prosesin davam etdirilməsi mümkün deyil.

Növbəti proses iyunun 21-də davam edəcək.


Müəllif: Hacı Zeynalov