17 İyun 2017 10:33
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Talış kəndində qeydə alınıb.

Yaşadığı evdə bıçaqlanan 1972-ci il təvəllüdlü Həbib Mehdiyev xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Həbib Mehdiyevi 1985-ci il təvəllüdlü bacısı oğlu Taleh Osmanovun bıçaqladığı məlum olub.

Polis Taleh Osmanovu həbs edib. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, hadisədən əvvəl dayısı Həbib Mehdiyevlə yeyib-içib. Sərxoş olan dayı və bacıoğlu mübahisə edib. Pul borcu üstündə mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov