17 İyun 2017 17:55
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda və regionlarda narkotiklərlə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev həbs edilib. Ondan 720 qram marixuana aşkar edilərək götürülüb.

Oxşar əməliyyat Sumqayıt şəhərində də keçirilib. Şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanovdan 465 qram marixuana götürülüb.

Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakinləri Kamal Hüseynov və Sadiq Şabanov yaxalanıb.

Kamal Hüseynovdan 2 kiloqram 349,9 qram, Sadiq Şabanovdan 31,52 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov