17 İyun 2017 20:43
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda silsilə oğurluq hadisələri törədən şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, bu rayon sakini Elxan İsayevdir. O, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Elxan İsayevin rayon ərazisində 5 avtomobildən ümumilikdə 2160 manat, 3 mobil telefon, sənəd, videoqeydiyyat qurğusu və 1 gümüş üzük oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov