24 Aprel 2014 13:16
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər sakini Samir Kazımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, oğurluq edən şəxs avtomobili idarə edərkən Samux rayonunun Sarıqamış kəndinin ərazisində aşırıb. Avtomobili qaçırmış Gəncə şəhər sakini Daşdəmir Məmmədov və sərnişini, həmyerlisi Rüstəm Məmmədov xəstəxanaya yerləşdiriliblər. Onların sərxoş vəziyyətdə olmaları müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: