18 İyun 2017 00:29
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki evlərdən birindən 500 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Zaur Əbilov tutulub.


Müəllif: Hacı Zeynalov