18 İyul 2014 14:17
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonu ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İmişli rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyetməzli kənd bələdiyyəsinə məxsus 1,8 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 950 kq olan 1468 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi, Zaqatala RPŞ və Daxili Qoşunların əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzunqazmalar kənd bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş çəkisi 6 ton olan 4000 ədəd çətənə kolu aşkar edilib. Toplanan narkotik bitki məhv edilib.

Hacı Zeynalov


Müəllif: