18 İyun 2017 20:28
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda baş verən oğurluğun üstü açılıb.

Teleqraf.com xəbər verir ki, bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.


Müəllif: Hacı Zeynalov