18 İyun 21:42

Oğurluqda təqsirli bilinən Elçin Mustafazadə, Məhərrəm Baxşıyev və Samid Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Mustafazadə və Məhərrəm Baxşıyevin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.
Samid Hacıyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilib.

Məhkəmə Samid Hacıyevin barəsində həbs qətimkan təsdbiri seçilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, ötən il noyabrın 19-da Suraxanı rayonunda yerləşən “Xəyal Adası” MMC-dən dəyəri 11303 manat olan 256 metr yüksək gərginlikli elektrik kabeli oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində oğurluğu törətməkdə təqsirli bilinən Bakı şəhər sakini E.Mustafazadə, Lənkəran şəhər sakini S.Hacıyev və M.Baxşıyev tutulub.


Müəllif: Hacı Zeynalov