18 İyun 22:39

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Sürət Məmmədov bıçaqlanıb.

O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, Sürət Məmmədov toy məclisində baş vermiş münaqişə zamanı bıçaqlanıb. Toyda gənclərin mahnı sifarişi vermələri ilə bağlı aralarında mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov