19 İyun 2017 11:26
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Asif Pirəliyev günahsız olduğunu, barəsindəki hökmün ləğvini və ona bəraət verilməsini istəyib.

Məhkəmə baxışı iyunun 30-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Pirəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

İttihama görə, Asif Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinib.

Asif Pirəliyev İsfəndiyar Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binadan bir neçə məznili satıb. İsfəndiyar Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət işində İsfəndiyar Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.


Müəllif: Hacı Zeynalov